Qobustanda qaçırılan yeniyetmə qız 8 ay işgəncəyə məruz qalıb
“Başıma, üzümə şillə və yumruqla vuraraq dedilər ki, əgər onların söylədiklərini yazmasam, məni soyundurub küçəyə buraxacaqlar”.
Bu sözləri Qobustanın Bədəlli kənd sakini, 1993-cü il təvəllüdlü Şəhanə Akif qızı Salahova başına gələnləri “Yeni Müsavat”a danışıb. O, nişanlı olsa da, başqa oğlan tərəfindən ailə qurmaq adı ilə qaçırılıb və 8 ay onlarda saxlanılıb.
Məni şantaj etməklə hədələdilər
Onun sözlərinə görə, ötən ilin avqust ayının 11-də həmkəndlisi Asim Rasim oğlu Fəsadov onu qaçırıb: “Asim səsimi mobil telefonuna yazdığını və onunla getməyəcəyim halda məni şantaj edəcəyini dedi. Bıçaqla məni hədələdiyi üçün onunla getdim”.
O deyir ki, A.Fəsadov zorla onu Bakıya gətirib. A.Fəsadovun onu dəniz kənarına apararaq, orada onu ölümlə hədələdiyini deyən Ş.Salahova bildirdi ki, bir gündən sonra oğlan onu Sumqayıtda yaşayan əmisinin evinə aparıb. Bildirdiyinə görə, oğlanın qohumları həmin evdə ona dözülməz işgəncə veriblər: “Biz Asimin əmisi Rəsulun Sumqayıtdakı evinə getdik. Evə çatmağımızdan bir az keçmişdi ki, Asimin atası Rasim, anası, bibiləri və bacısı, yeznəsi, bibisinin əri və atasının əmisi oğlu içəri girdilər. Arvadlar məni döyməyə başladılar. Rasim üzünü Asimə tutaraq ”sənə deməmişdim ki, hələ bir az gözlə" dedi. Sonra Rasim başıma, üzümə şillə, yumruqla var gücü ilə vurdu. Dedi ki, əgər onun söylədiklərini yazmasam, məni soyundurub küçəyə buraxacaq. Məni döyməyə başladılar. Əllərindən çıxıb özümü atmaq üçün pəncərəyə çıxdım. Rəsulun qızı Fəridə məni tutdu və onları evdən çıxartdı. Rasim yenidən içəri daxil olub, məni döyməyə başladı. Huşumu itirdim. Ayılandan sonra özümü pis hiss etdiyim üçün bayıra çıxdım. Paltarımda qan ləkələri gördüm, Fəridədən bunun necə olduğunu soruşanda, o bilmədiyini dedi. Həmin vaxt huşumu itirdiyim üçün nə baş verdiyini özüm də bilmirəm. Axşama kimi onların kefi hansı vaxt istəyirdisə, məni döyürdülər. Həmin gün axşam Rasimin əmisi oğlu Mehmanın maşını ilə Asimi, anasını, bibisini və məni kəndə qaytardılar. Məni kəndə Rasimin əmisi Sahabcanın evinə apardılar".
“Onlar bizim qan düşmənimizdir, qisasımızı alacağıq”
Ş.Salahova orada qaldığı müddətdə hədələrə məruz qaldığını, döyüldüyünü dedi: “Avqustun 13-də Asimin əmisi Rəhim bir əlində balta, bir əlində yaba evə girib, məni söyə-söyə, öldürəcəyini dedi. Sahabcanın arvadı Ziyarət məni şifonerdə gizlətdi. Rəhim otaqların hamısını axtardı. Ziyarət məni şifonerdən çıxarıb arxa otaqda taxtaların arxasında, sonra hamamda gizlətdi. Rəhim deyirdi ki, gedib anamı evimiz ilə birlikdə yandıracaq. Rəhim “onlar bizim qan düşmənimizdir, yaxşı oldu, qisasımızı alacağıq” deyirdi. Sonra eşitdim ki, Rasimlə Asim evimizə basqın edərək anamı döyüblər”.
Ş.Salahova qeyd etdi ki, Sahabcanın evində hədə-qorxu ilə ona izahat yazdırıblar ki, guya orada ona yaxşı baxıblar: “Sentyabrın 6-da 17 yaşım tamam olandan sonra məni Rasimin yaşadığı evə apardılar. Evə çatanda qohumları məni döyə-döyə ora niyə gəldiyimi soruşdular. Hər gün məni döyürdülər, yatmaq üçün heç nə vermirdilər. Asimin bacısı Qəmzə itin qabında mənə quru çörək verirdi”.
Ş.Salahovanın sözlərindən məlum oldu ki, anası hüquq-mühafizə orqanlarına şikayət edib. Ondan izahat almağa gəlməmişdən qabaq Asimin anası və bacısı qızdan onların istədiyi kimi izahat verməyi tələb ediblər. Əks halda onun üstünə neft tökərək yandıracaqları ilə hədələyiblər. Ş.Salahova qorxudan onların istədiyi kimi izahat verdiyini dedi: “Anam şikayət etdiyinə görə məndən tez-tez izahat alınırdı. Bundan sonra məcbur olub oğlanın başqa yerdə qalmasına baxmayaraq, qeyri-qanuni kəbinimizi kəsdilər. Rasim üstümə tapança çəkib, boğazıma bıçaq dirəyib dedi ki, onun istədiyi kimi izahat yazmasam məni, anamı və qardaşımı öldürəcək. Qorxumdan onların istədiyi kimi izahat yazırdım. İzahatımda yazdırdılar ki, o evdə başıma nə iş gəlsə, günahkar özüməm. Bundan sonra kəndirlə lezvanı üstümə atdılar ki, istəyirsən özünü doğra, ya da as”.
Rasim Fəsadovun Qobustan Rayon Polis Şöbəsində sahə müvəkkili işlədiyini deyən Ş.Salahova prokurorluğu bu işə göz yummaqda ittiham etdi: “Bu ilin aprel ayının 28-də məni Qobustan Rayon Prokurorluğuna apardılar. Anamla görüşəndən sonra izahat verəcəyimi dedim. Prokurorun köməkçisi Eldəniz dedi ki, anam istintaqa etiraz edir və ora gəlmir. O bildirdi ki, izahat yazmaq istəmirəmsə, əvvəlki izahatları təsdiq edim. İzahat vermədiyim üçün məni günortadan gecə saat 1-ə kimi orada saxladılar. Rasim ora gəlib mənə hədə-qorxu gələrək dedi onlar istədiyi kimi izahat yazım. Eldəniz prokurorun yanına getdi və nə danışdısa, bizi də prokurorun yanına apardı. Rasim prokurorun onun adamı olduğunu bildirdi. Hədələrdən sonra qorxub ağlaya-ağlaya Rasimin dediklərini dedim, Eldəniz də yazdı. İzahatı yazıb qurtarandan sonra mənə qol çəkdirdilər".
Ş.Salahova əlavə etdi ki, aprelin 29-da imkan tapan kimi Rasimin evindən qaçaraq anasıgilə gəlib. Anası Gültəkin Seyidova bildirdi ki, qızına qarşı edilən bu hərəkətlərlə və qızı qaçırılandan sonra Rasimlə Asimin onların evinə silahlı basqın edərək onları döyməsi haqda Qobustan Rayon Prokurorluğuna müraciət etsə də, işə obyektiv baxmayıblar.
O, bununla bağlı Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət etdiyini də dedi. G.Seyidova prezidentə müraciət edərək bu işin hüquq-mühafizə orqanlarında obyektiv aparılmasında onlara köməklik göstərmələrini xahiş etdi.
Qobustan prokurorunun köməkçisi Eldəniz Əhmədov “Yeni Müsavat”a bildirdi ki, onların işi ilə bağlı prokurorluqda obyektiv araşdırma aparılıb və iş materialları Baş Prokurorluğa göndərilib.

1362