“Təmizlə və xilas et”
06 iyun 2011 13:07 (UTC +04:00)

“Təmizlə və xilas et”

Dünən - 5 iyun Ətraf Mühitin Mühafizəsi Günü, həmçinin çimərlik mövsümünün yaxınlaşması ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən Xəzər rayonunda yerləşən çimərlik boyu “Təmizlə və xilas et” şüarı ilə iməcilik aksiyası keçirilib.


Lent.az-ın məlumatına görə, İməciliyin məqsədi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün daha gözəl istirahət şəraiti yaratmaq, təmizliyin qorunmasında ictimai dəstəyi və gəncləri bu cür layihələrdə fəal iştiraka cəlb etməkdir.


Aksiyaya “Xəzər” İnkişaf Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Ekosfera” İctimai Birliyi, “Yaşıl Velosipedçilər” Klubu, “Green Baku” və ekoloji tarazlığın və təmizliyin bərpasında maraqlı olan digər təşkilat və tələbə birliklərindən, ümumilikdə 200-ə yaxın gənc cəlb olunub.


“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Layihələrin idarə edilməsi və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov tullantılarla düzgün rəftar, o cümlədən ətraf mühitin qorunması məqsədilə həyata keçirilən bu cür tədbirlərin artıq ənənə halını aldığını bildirib və təmizliyin qorunmasında ən vacib və məsuliyyətli vəzifənin, məhz ictimaiyyətin üzərinə düşdüyünü vurğulayıb.


Aksiya çərçivəsində Xəzər rayonunda yerləşən çimərlik boyu ərazi məişət tullantılarından təmizlənib və toplanmış tullantılar Balaxanı poliqonuna daşınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar