İsveçin Sosial Sığorta Agentliyinin nümayəndələri Azərbaycana gələcək
06 iyun 2011 10:35 (UTC +04:00)

İsveçin Sosial Sığorta Agentliyinin nümayəndələri Azərbaycana gələcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Sosial Sığorta Agentliyinin icraçı direktoru Per Akensson, qurumun baş məsləhətçisi Bodhi Peris və digər şəxslər daxildirlər.


Səfər zamanı DSMF və İsveç Krallığının Sosial Sığorta Agentliyi arasında qarşılıqlı təcrübə mübadiləsi aparılacaq, gələcək əməkdaşlığı nəzərdə tutan məsələlər müəyyənləşdiriləcək. Fondda nümayəndə heyəti ilə görüşdən sonra İsveç nümayəndə heyəti bu ölkənin sığorta-pensiya sisteminin inkişaf istiqamətlərini, mövcud vəziyyətini özündə əks etdirən təqdimatla çıxış edəcək. Səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək. İsveçli qonaqlar DSMF-nin bir sıra rayon şöbələrinin fəaliyyəti ilə də tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842

Oxşar yazılar