“Bonjus” və “Lili” sərinləşdirci içkilərinin istehsalının dayandırıldı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 50 ünvanında “Cem Ltd” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Bonjus” və “Lili” əmtəə nişanlı aromatlaşdırılmış sərinləşdirici içkilərin müvafiq reseptura olmadan istehsal edildiyi müəyyən edilib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Lili” əmtəə nişanlı sərinləşdirici içkilərin etiketində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin göstərilmədiyi, habelə “Bonjus” əmtəə nişanlı sərinləşdirici içkilərin etiketlərində saxlanma temperaturunun və qida dəyərində üzvi turşuların miqdarının qeyd edilmədiyi üzə çıxıb.
Qanun pozuntuları ilə əlaqədar “Bonjus” və “Lili” sərinləşdirci içkilərinin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, habelə normativ sənədlərin tələblərinə cavab verməyən və müvafiq reseptura olmadan istehsal edilmiş 1162 litr sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən “Cem Ltd” MMC-yə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.

840