Təbiətə vurulan ziyanla bağlı cərimələr ödənildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı çay fabrikinin ərazisində Lənkəran rayonu Bürcəli kənd sakini Miriyev Anara məxsus, dövlət nömrə nişanı olmayan “ZİL 131” markalı avtomobildə 3,98 m3 həcmində fısdıq cinsindən ibarət işlik girdə materialın olduğu müəyyən edilib.
Qanunsuz olaraq Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 33 saylı meşə dolayının ərazisindən 3 ədəd yaş kök üstə fısdıq ağacını kəsdiyi üçün Anar Miriyev barəsində protokol tərtib olunub, ümumilikdə ona 1199,57 manat iddia və cərimə tətbiq edilib.
Mayın 13-də nazirliyin əməkdaşları tərəfindən yenidən Lənkəran rayonunun Biləsər və Daşdatük kəndlərinin ətrafında yerləşən Hirkan Milli Parkının və Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazilərinə baxış keçirilib. Baxış zamanı Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin ərazisində diametri 32-48 sm olan 17 ədəd fısdıq və palıd cinslərindən ibarət 24,42 m3, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 33 saylı dolayının ərazisində isə diametri 24-44 sm olan 6 ədəd palıd, vələs və fısdıq cinslərindən ibarət 5,58 m3 həcmində ağacların kəsilərək aparıldığı müəyyən olunub.
Təbiətə dəymiş ziyana görə Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə gözətçisi Məmmədəli Quliyev və Hirkan Milli Parkının mühafizə yegeri Yaşar Nuriyevin barəsində inzibati qaydada tədbir görülüb, təbiətə dəymiş ziyan hər iki şəxs tərəfindən ödənilib.

966