Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bakı şəhərində nazirliyə aid heç bir yaşıllıq ərazisi mövcud deyil
04 iyun 2011 19:18 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bakı şəhərində nazirliyə aid heç bir yaşıllıq ərazisi mövcud deyil

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəzi Kütləvi İnformasiya Vasitələrində Bakı şəhəri Bakıxanov qəsəbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan yaşıllıq sahəsinin baxımsız vəziyyətdə qaldığı və hazırda hasara alındığı barədə yayılan məlumatlara münasibət bildirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhərində nazirliyə aid heç bir yaşıllıq ərazisi mövcud deyil.

Eyni zamanda qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid olan yaşıllıqlar yalnız meşə fondu torpaqlarında yerləşir ki, onlar da şəhərdən kənardadır: “Nazirlik Bakı şəhərində mövcud olan yaşıllıqlarla əlaqədar sərəncam vermək hüququna malik deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar