Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zığda iməcilik keçirdi
Lent.az-ın məlumatına görə, iməcilikdə 10-dan çox ətraf mühit üzrə QHT də daxil olmaq 200-ə yaxın insan iştirak edib.
İməcilikdə başda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov olmaqla nazirliyin əməkdaşları da iştirak ediblər. İməcilik zamanı nazir H.Bağırov qeyd edib ki, şəhər ərazisinin zibillərdən təmizlənməsi sırf nazirliyin işi olmasa da bu, aidiyyatı qurumlara və sakinlərə ətraf mühiti daim tullantılardan qorumaq lazım olduğu ilə bağlı bir mesajdır. O, qeyd edib ki, bu gün Azərbaycanda böyük layihələr, o cümlədən bərk tullantılarla bağlı iri layihələr həyata keçirilir ki, bununla Azərbaycanda ətraf mühit gözəlləşir. İnsanların təfəkküründə ətraf mühiti dost münasibətin formalaşmasının mühüm rol oynadığını deyən H.Bağırovun sözlərinə görə, nazirlik qərara alıb ki, bu il Bakı və ətraf kəndlərdə bərk tullantılarla bağlı iməciliklərin sayı çoxaldılsın.
Qeyd edək ki, 5 iyun “Ümumdünya ətraf mühit günü” 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında elan olunub.
Mübariz Aslanov

Oxşar yazılar

D vitamini niyə təhlükəli ola bilər? - Həkimlərdən həyəcan təbili
23 iyul 2025 , 14:22
Təhsil İdarəsində NÖQSANLAR: 33 direktor işdən çıxarıldı
23 iyul 2025 , 12:51Sabah da dəhşətli isti olacaq - hava PROQNOZU
23 iyul 2025 , 12:20
Bu rayon işıqsız qalacaq
23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?
23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
23 iyul 2025 , 08:17
Zəngin olmaq üçün doğulan BÜRCLƏR
23 iyul 2025 , 00:02