Hüseynqulu Bağırov: “Cərimələrin ödənilməsində problemlər yaşanır”
04 iyun 2011 13:46 (UTC +04:00)

Hüseynqulu Bağırov: “Cərimələrin ödənilməsində problemlər yaşanır”

Bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

O, qeyd edib ki, ölkədə ekoloji qanunvericiliyin pozulması ilə bağlı altı milyon manat məbləğində cərimə tətbiq olunsa da, lakin onların ödənilməsilə bağlı problem mövcuddur: “Təssüf ki, hələ də cərimələrin ödənilməsində problemlər yaşanır”.

Onun sözlərinə görə, istehsalçılar kimi istehlakçılar da onlar tərəfindən ətraf mühitə dəyən ziyana görə cərimələrin ödənilməsindən yayınmamalıdırlar. Nazir qeyd edib ki, ictimaiyyət bu problemə öz münasibətini dəyişməlidir.

Qeyd edək ki, 2010-cu ildə fiziki və hüquqi şəxslər altı milyon manat məbləğində cərimə olunublar, bu məbləğin cəmi 1,2 milyon manatı ödənilib. Ötən il iki mindən artıq akt və minə yaxın protokol tərtib olunub.


Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1041

Oxşar yazılar