Hüseynqulu Bağırov: “Xəzərin təmizlənməsi üçün müxtəlif layihələr həyata keçirilir”
Lent.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, gələcəkdə də əlavə qurğular qurulacaq: “Çünki Bakı böyüyən şəhərdir, hər gün böyüyür, əlavə qurğulara da ehtiyac artır”.
H. Bağırovun sözlərinə görə, qurğular vasitəsilə Xəzərə axan külli-miqdarda təmizlənməmiş suların qarşısı alınmalıdır.
Nazir onu da qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərin təmizlənməsi üçün mümkün tədbirləri davam etdirir. Burada əsas məqsəd təkcə çimərliklərin deyil, ümumilikdə dənizin çirklənmələrdən qorunması, təmizlənməsidir. Buna görə də nazirlik tərəfindən quraşdırılan laboratoriyaların işi gücləndirilib: “Bu qurğular artıq dörd ildir işləyir, müasir tipli qurğulardır və dəniz sularının tərkibinə nəzarət etməyə imkan verir”.
H. Bağırov onu da əlavə edib ki, nazirlik “Azərsu” və digər təşkilatlarla Xəzərin təmizlənməsi üçün müxtəlif layihələr həyata keçirir.
Mübariz Aslanov

554