FHN mütəxəssislərin işə qəbulu üzrə müsabiqə elan edib
03 iyun 2011 19:35 (UTC +04:00)

FHN mütəxəssislərin işə qəbulu üzrə müsabiqə elan edib

APA-nın nazirliyin saytına istinadən yaydığı məlumata görə, çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi, su təsərrüfatı və meliorasiya sistemlərinin tikintisi (meliorasiya), dəniz hidrotexniki qurğuları, nəqliyyat yollarının tikintisi, körpü və nəqliyyat tunellərinin tikintisi, sənaye və mülki tikintilər, elektroenergetika mühəndisliyi ixtisasları üzrə mütəxəssislər müsabiqədə iştiraka dəvət olunublar. Əlavə məlumat almaq istəyənlər həftənin 2-ci və 5-ci günləri saat 16-00-dan 17-00-dək Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinə müraciət edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərin şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədlər və əmək kitabçasının surətini təqdim etmələri vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3268

Oxşar yazılar