“Unibank” “Eurovision-2012”-yə bilet udanlara xüsusi sertifikatlar təqdim edib
03 iyun 2011 18:56 (UTC +04:00)

“Unibank” “Eurovision-2012”-yə bilet udanlara xüsusi sertifikatlar təqdim edib

“Unibank”ın sponsorluğu ilə “MediaFM” radiostansiyasının efirində “Eurovision-2012” musiqi yarışmasına 7 bilet udan 5 dinləyiciyə Avropanın ən məşhur musiqi şousunda iştiraklarını təsdiqləyən sertifikatlar təqdim olunub.

“Unibank”dan Lent.az-a verilən məlumata görə, bu gün bankın baş ofisində “Pomidor-Yumurta" verilişin aparıcısı DJ Fateh tərəfindən sertifikatlar Nazir Behbudova, Zamin Talıbova, Fatimə Rəhimovaya, İranə Mirzəyevaya və Vüqar Rəsulova təqdim edilib.

Qeyd edək ki, qaliblər 16 may - 24 may tarixləri arasında “MediaFM”ın səhər efirində radio aparıcılarının suallarını doğru və hamıdan tez cavablandırıblar. 2012-ci ilin aprel ayında onlar “Unibank”dan aldıqları sertifikatları Avropanın ən mötəbər musiqi forumuna biletlərlə əvəz edə biləcəklər. Azərbaycan paytaxtında ilk dəfə keçiriləcək “Eurovision” yarışmanı bütün qaliblər DJ Fatehlə birlikdə izləyə biləcəklər.

Qaliblər sırasında olan Vüqar Rəsulov “Unibank” və “Media FM”dən bir dəfəyə 3 bilet qazanmasından çox məmnun olduğunu söyləyib. O deyib ki, gələn ilin may ayında Bakıda keçəcək “Eurovision-2012” musiqi yarışmasına həyat yoldaşı və həmkarı ilə getmək fikrindədir. Digər qalib İranə Mirzəyeva isə bildirib ki, lap əvvəldən Bankın sponsorluğu ilə radioefirdə keçən müsabiqədə uğur qazanmağı qarşısına məqsədi qoyub.

Xatırladaq ki, “Unibank” bu ilin fevral ayından “Media FM”də populyar “Pomidor-Yumurta” verilişinin rəsmi sponsorudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1412

Oxşar yazılar