Avstriya alimləri Cənubi Xəzər hövzəsini öyrənir
03 iyun 2011 17:07 (UTC +04:00)

Avstriya alimləri Cənubi Xəzər hövzəsini öyrənir

Avstriyanın OMV Tədqiqatlar və İstehsalat Şirkəti Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun elmi tədqiqatları əsasında Cənubi Xəzər hövzəsinin geolojı quruluşunu və neft-qazlılığını öyrənir. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə iki təşkilat arasında bağlanmış birillik müqavilə artıq başa çatmaq üzrədir.

Bu günlərdə Geologiya İnstitutunun bir qrup alimi neft və qaz geologiyası və geokimyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayevin başçılığı ilə OMV-də Cənubi Xəzər hövzəsinə dair yekun məruzələrlə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453

Oxşar yazılar