Ümumdünya Səhiyyə Təşkilatından qorxulu açıqlama
03 iyun 2011 14:53 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatından qorxulu açıqlama

EHEC qorxusu dünyanı bürüyür. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, virus 17-si Almaniyada olmaqla 18 nəfərin ölümünə, 1500-dən çox insanın xəstələnməsinə səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜSTÜ) ilk dəfə Almaniyada ortaya çıxan, sonra isə bütün qitəyə yayılıb ABŞ-a sıçrayan xəstəliyin səbəbinin yeni və olduqca zəhərli bir bakteriya olduğunu açıqlayıb. Başda Almaniya olmaqla, 9 Avropa ölkəsi EHEC bakteriyasının səbəb olduğu mədə-bağırsaq xəstəlikləri ilə mübarizə apardığı bir vaxtda edərkən ÜST-nin bu açıqlaması çaşqınlığı daha da artırıb.

ÜST ərzaq təhlükəsizliyi mütəxəssisləri bakteriyanın ilk genetik təhlilinin onun iki fərqli EHEC bakteriyasının dəyişikliyə uğramış şəkli olduğunu göstərdiyini bildiriblər. Onlar yeni virusun daha yoluxucu və daha zəhərli olduğunu, bəzi antibiotikləri belə parçaladığını qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521

Oxşar yazılar