“Jumeirah” Bilgəhdə otel açır
03 iyun 2011 14:07 (UTC +04:00)

“Jumeirah” Bilgəhdə otel açır

Lent.az-ın məlumatına görə, Bilgəh qəsəbəsində yerləşəcək otel müştərilərinə dənizə açılan 176 nömrə və süit, bir neçə restoran və bar, hamam və fin saunası olan 300 kvadratmetrlik spa mərkəzi, bağlı və açıq hovuzlar, 1500 kvadratmetrlik konfrans mərkəzi, habelə, 14 villa və akvapark təklif edəcək.

“Jumeirah Bilgah”ın açılışı dekabrda baş tutacaq.

Qeyd edək ki, “Jumeirah” mehmanxana qrupu bu yaxınlarda Çində “Jumeirah Himalayas Hotel Shanghai” otelini açıb. Bu, Asiya-Sakit Okean regionunda ilk oteldir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1159

Oxşar yazılar