Almaniyadakı Azərbaycan diasporundan uşaqlara hədiyyə
Almaniyanın Maqdeburq şəhərində iyunun 1-də Sachsen-Anhalt vilayəti üzrə Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə azərbaycanlı və Almaniyada yaşayan müxtəlif ölkələrdən olan uşaqların görüşü keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu görüşdə Azərbaycanı Sachsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib.
Azərbaycanlı uşaqlar digər ölkələrdən olan iştirakçılara Azərbaycana aid hədiyyələr təqdim edib, mahnılar oxuyublar. Hədiyyələr Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi və Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən təqdim olunub.

436