2900 abituriyent qəbul imtahanında iştirak edə bilməyəcək
03 iyun 2011 12:38 (UTC +04:00)

2900 abituriyent qəbul imtahanında iştirak edə bilməyəcək

Elektron ərizələrin təsdiqi müddətini 1 gün uzatsaq da, 2 min 900 abituriyent elektron ərizəsini təsdiq etdirməyib və onlar qəbul imtahanlarına buraxılmayacaqlar. Lent.az-ın verdiyi məlumata görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə söyləyib. Məleykə Abbaszadə deyib ki, bu məsələni araşdırıblar: “Məlum oldu ki, bu abituriyentlərin 2 min 100 nəfəri ötən illərin məzunudur və onlar hərbi qulluqdan möhlət hüququ olmadığı üçün elektron ərizələrini təsdiq etdirə bilmirlər”.

TQDK sədri qeyd edib ki, 296 oğlan bu ilin məzunudur: “743 nəfər isə qız abituriyentdir və onların hansı səbəbdən elektron ərizələrini təsdiq etdirməmələri bizə məlum deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar