Qruplar üzrə abituriyentlərin sayları açıqlandı
Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib ki, builki məzunların sayı keçən illə müqayisədə 2 faiz artıb.
M. Abbaszadə qeyd edib ki, 2-ci qrupda abituriyentlərin sayı 1000 nəfər azalıb. Bununla yanaşı 473 yer də azalıb. 3-ü qrupda da abituriyentlərin sayının azalması müşahidə olunub. Belə ki, 126 plan yeri artsa da, abituriyentlərin sayı 458 nəfər aşağı düşüb. Eyni hal 4-cü qrupda da müşahidə olunur. Müsabiqənin daha çox tibb ixtisası üzrə olan bu qrupda 15508 abituriyent mübarizə aparacaq. Bu isə keçən ilkindən 158 abituriyent azdır.
M. Abbaszadə onu da deyib ki, bu il 1-ci qrup üzrə də abituriyentlərin sayında azalma müşahidə olunub. Bu qrupda hər plan yeri üzrə 3 abituriyentdən biri yerləşdiriləcək. Bu qrupda qabiliyyət imtahanının da keçirilməsini nəzərə aldıqda, hər yer üzrə düşən abituriyent sayı daha da azalır.
Ümumilikdə isə birinci ixtisas qrupuna 34 min 988, ikinci ixtisas qrupuna 27 min 68, üçüncü ixtisas qrupuna 32 min 859, dördüncü ixtisas qrupuna isə 15 min 508 nəfər sənəd verib.

939