Dövlət qulluqçularından şikayətlərin sayı artıb
03 iyun 2011 11:44 (UTC +04:00)

Dövlət qulluqçularından şikayətlərin sayı artıb

Lent.az-ın xəbərinə görə, tədbirdə çıxış edən komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirib ki, keçən il komissiyaya etik davranış qaydaları ilə bağlı 5 şikayət daxil olub. Şikayətlərdən 2-si təmin olunub, 3-ü isə əsassız hesab edilib. Bu il isə komissiyaya daxil olan şikayətlərin sayı artaraq, 26 olub. Onların 10-u təmin edilib. 7 müraciət əsassız sayılıb. 9 müraciətlə bağlı isə araşdırma aparılır.

V. Əsgərovun qeyd edib ki, daxil olan müraciətlər əsasən yerli icra orqanlarından gəlir. Bir qismi isə mərkəzi icra hakimiyyətlərinə aiddir. Bu il Mərkəzi icra hakimiyyətlərindən 6, yerli icra hakimiyyəti orqanlarından isə 16 şikayət daxil olub.

Sektor müdiri şikayətlərin çoxalmasının səbəbinin vətəndaşların dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı maarifləndirməsi olduğunu bildirib. O qeyd edib ki, daxil olan şikayətlər əsasən vətəndaşların müraciətlərinə baxılmasının gecikdirilməsi və onlarla qeyri-mədəni davranışa yol verilməsi ilə bağlıdır.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937

Oxşar yazılar