Oğlan abituriyentlərin sayı qızları keçdi
03 iyun 2011 11:20 (UTC +04:00)

Oğlan abituriyentlərin sayı qızları keçdi

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 110423 abituriyent ərizə verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ərizələrin sayı ötən illə müqayisədə 1,85 faiz (2085 nəfər) azalıb.

Abituriyentlərin 50,38 faizini (55627 nəfər) oğlanlar, 49,62 faizini (54796 nəfər) isə qızlar təşkil edir. Göründüyü kimi, qəbul imtahanlarında son illərdə ilk dəfə oğlanların sayı qızlardan 0,76 faiz (831 nəfər) çoxdur.

Ramiz MİKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar