Dövlət qulluğuna qəbul zamanı yaş senzi tətbiq olunacaq
03 iyun 2011 10:46 (UTC +04:00)

Dövlət qulluğuna qəbul zamanı yaş senzi tətbiq olunacaq

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının hüquq sektorunun müdiri Vüqar Əsgərov deyib. Onun sözlərinə görə, indiyə qədər dövlət qulluğuna qəbul üçün qanunvericilikdə yaş senzi nəzərdə tutulmayıb: “Dövlət qulluğunda yuxarı yaş senzinin 65 yaş müəyyən olunmasından sonra dövlət qulluğuna qəbulda da yaş senzi tətbiq olunacaq və bu yaş senzi 65 yaşa kimi müəyyənləşəcək”.

V. Əsgərov deyib ki, dövlət qulluqçularının yaş senzi ilə bağlı Milli Məclis qərar qəbul etsə də, hələlik bu, təsdiq olunmadığından komissiyada bu yöndə hər hansı iş görülmür. Sektor müdirinin sözlərinə görə, yaş senzinin tətbiqindən sonra dövlət qulluğunda vakansiyaların sayı çoxalacaq: “Bu da gənclərin dövlət qulluğuna qəbul olmaq imkanlarını genişləndirəcək və stimul yaradacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1089

Oxşar yazılar