DəmirBank valideyn himayəsindən məhrum uşaqlar üçün bayram tədbiri keçirib
Tədbirdə valideyn himayəsindən məhrum olmuş 100 uşaq iştirak edib. Bank nümayəndələri uşaqları təbrik edərək, onlara müxtəlif geyimlər, təmizlik vasitələri, oyuncaqlar və digər hədiyyələr təqdim ediblər.
Daha sonra uşaq-əyləncə məkanında uşaqlar üçün nahar süfrəsi və əyləncəli tədbir təşkil olunub. Uşaqlar əyləncəli tədbirdə rəqs edib və şou proqrama tamaşa ediblər.
“Uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur. Onların düzgün tərbiyə olunmasında və layiqli vətəndaş kimi böyümələrində cəmiyyətin böyük rolu var. DəmirBank olaraq 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bu tədbiri təşkil etməyi özümüzə borc bildik. Bankın Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq, belə tədbirlər gələcəkdə də keçiriləcək”, - deyə DəmirBank-ın İdarə Heyətinin Sədr Müavini Yusif Cabbarov bildirib.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

1111