“İcbari sığorta haqqında” qanun layihəsi yenidən parlamentə təqdim olunub
02 iyun 2011 11:10 (UTC +04:00)

“İcbari sığorta haqqında” qanun layihəsi yenidən parlamentə təqdim olunub

Lent.az-ın məlumatına görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov deyib. O bildirib ki, qanun layihəsi parlamentdə birinci oxunuşdan keçdikdən sonra müvafiq komissiya yaradılıb və komissiya qanun layihəsi ilə bağlı işçi qrupuna öz təkliflərini verib. Nazir müavini qeyd edib ki, təkliflər nəzərə alınmaqla, müvafiq icra qurumları ilə razılaşdırılıb. Artıq qanun layihəsi ikinci oxunuş üçün yenidən işlənib hazırlanıb və parlamentə təqdim olunub.

Azər Bayramov deyib ki, qanun layihəsinin parlamentin son iclasında ikinci oxunuşdan keçəcəyinə ümid edirlər.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059

Oxşar yazılar