Çimərlik mövsümü başladı
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) “Nardaran 1” xilasetmə məntəqəsində 2011-ci ilin çimərlik mövsümünə start verilib. APA-nın xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov da iştirak edib.
DSXX-nın Dalğıc və xilasetmə şöbəsinin müdiri Elsevər Həsənov çıxışında bildirib ki, FHN-in tərkibində fəaliyyət göstərdiyi dövrdə xidmət müasir texnika və avadanlıqlarla təchiz olunub, vətəndaşlarla hər il çimərlik mövsümü başlananda geniş maarifləndirmə işləri aparılır. DSXX-nin ötən il Kür və Araz çaylarında baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında yaxından iştirak etdiyini deyən E. Həsənovun sözlərinə görə, həmin vaxt xidmət əməkdaşları tərəfindən suda boğulan 326 nəfər xilas olunub. Bu günədək isə xidmət əməkdaşları ümumilikdə suda boğulan 2306 vətəndaş xilas ediblər.
Nazir müavini Faiq Tağızadə isə çıxışında xilasedicilərə tövsiyələr verib.
Daha sonra məntəqədəki xilasetmə avadanlıqlarına baxış keçirilib. Yeni alınmış qayıqlar, skuterlər, dalğıc avadanlıqları barədə məlumat verilib.
F. Tağızadə jurnalistlərə açıqlamasında deyib ki, son 5 ildə FHN tərəfindən 20-dən çox xilasetmə məntəqəsi tikilib, çimərliklərdə çoxlu sayda postlar qurulub. Onun sözlərinə görə, xilasedicilər tərəfindən mütəmadi olaraq, reydlər keçirilir: “Bu gün boğulma halları çox vaxt boğulan şəxslərin öz günahları ucbatından baş verir. Bu da daha çox içkili halda dənizə girilməsi, həmçinin uşaqların nəzarətsiz buraxılması nəticəsində baş verir”.
Nazir müavini deyib ki, FHN xilasedicilərinin səyi nəticəsində ötən il çimərliklərdə boğulan 700-ə yaxın vətəndaş xilas edilib. O, qeyd edib ki, xilasetmə işləri təkcə dəniz çimərliklərində deyil, eyni zamanda Kür və Araz çaylarında da aparılır.
Bu il çimərlik mövsümünün 15 gün tez açılmasına gəlincə, F. Tağızadə bunu hava şəraiti ilə əlaqələndirib.

1109