Heydər Əliyev Sarayı kimsəsiz uşaqları sevindirib
Lent.az-ın məlumatına görə, konsert proqramında “Çiçəyim” uşaq teatrının iştirakı ilə “Qoğalın sərgüzəştləri” adlı musiqili – tamaşa nümayiş olunub. Xeyriyyə konsertinə Saray tərəfindən “Beynəlxalq Əlillər Dünyası İctimai birliyi”, “Himayə” uşaq ictimai birliyi, “Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi”, “UAFA” təşkilatı, “Dirçəliş” gənclərin sosial-psixioloji reabilitasiya mərkəzi və Maştağa qəsəbəsində yerləşən 1 saylı internat evindən olan kimsəsiz, əlil, fiziki qüsurlu, valideyn himayəsindən məhrum olmuş uşaqlarımız dəvət olunub.
Tədbir uşaqlar tərəfindən böyük maraq və sevinclə qarşılanıb.
Lalə Yusifqızı
Tədbir uşaqlar tərəfindən böyük maraq və sevinclə qarşılanıb.
Lalə Yusifqızı
1172