Qadın jurnalistlər fəaliyyətlərini 1 günlük dondurdular
01 iyun 2011 14:47 (UTC +04:00)

Qadın jurnalistlər fəaliyyətlərini 1 günlük dondurdular

Bu gün Uşaqların Beynəlxalq Müdafiə günüdür. Dünyanın hər yerində uşaqlar üçün müxtəlif aksiyalar keçirilir, tədbirlər təşkil olunur. Qadın Jurnalistlər Birliyinin üzvləri uşaqların müdafiəsi ilə bağlı birgə aksiya keçiriblər. Lent.az-ın məlumatına görə tədbirdə qadın jurnalistlər, uşaqların müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının nümayəndələri, uşaq yazıçı və şairləri də iştirak ediblər.



QJB-nin sədri Sevil Yusupova keçirilən aksiyanın məram və məqsədini açıqlayıb: “Biz müharibə şəraitində yaşayan bir ölkənin qadın jurnalistləri hər birimiz həm də ana, yaxud gələcək analarıq. 20 ildir ki, övladlarımız ədalətsiz bir müharibənin qurbanlarıdır. Onların hər addımda hüquqları tapdanır. Öz yurd-yuvasından didərgin düşür, əsir götürülür, qətlə yetirilir. Ümumiyyətlə, müharibə bölgəsində yaşayan, yaxud ordan məcburi köçkün düşən hər bir uşağın bu və ya digər formada hüquqları pozulur.


Ağdamda qətlə yetirilən Fariz Bədəlovla bağlı etiraz aksiyasını keçirərkən qərara gəldik ki, iyunun 1-də bir günlük bütün peşə fəaliyyətimizi dondurmaqla yalnız qətlə yetirilən, əsir-girov götürülən, öz yurd-yuvasından didərgin salınan balalarımızın tapdanmış hüquqlarının bərpası üçün etirazımızı bildirək”.



Ramilə Qurbanlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417

Oxşar yazılar