Almaniyanın Giessen Universiteti Kitabxanasında Azərbaycan kitab bölümü açılıb
01 iyun 2011 12:32 (UTC +04:00)

Almaniyanın Giessen Universiteti Kitabxanasında Azərbaycan kitab bölümü açılıb

Almaniyanın Hessen əyalətinin Giessen Universiteti Kitabxanasının Şərqşünaslıq və Türkologiya bölməsində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Azərbaycan kitab bölümü açılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu bölümə müxtəlif mövzularda Azərbaycan, türk, rus, alman, ingilis və fransız dillərində 200-dən artıq kitab təqdim edilib.

Bölmənin rəhbəri professor Bernhard Friedmanın Frankfurt-Azərbaycan Cəmiyyətinə müraciətindən sonra Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə və onunla birgə əməkdaşlıqda kitab bölümünün açılmasına qərar verilib. Bernhard Friedman bildirib ki, universitet rəhbərliyi Azərbaycan Respublikasına artan marağı və Azərbaycan haqqında daha ətraflı məlumat almaq üçün universitetin nəzdində həmin ölkəyə aid kitab bölümünün açılmasını məqsədəuyğun sayıb və yardım üçün Frankfurt-Azərbaycan Cəmiyyətinə müraciət edib.

Frankfurt-Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərova universitetdə açılan yeni kitab bölümünün Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərinin alman və dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rolu olacağını qeyd edib. Giessen Universitetində dünyanın 30-dan çox ölkəsindən gəlmiş gənc təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar