Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Cənubi Kaliforniya Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyətinin ABŞ-a səfəri çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Cənubi Kaliforniya Universitetinin mühəndislik fakültəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, imzalanmış sənəddə elmi tədqiqatlar istiqamətində qarşılıqlı əməkdaşlıq, eləcə də təhsil sahəsində birgə layihələr və təşəbbüslər üzrə geniş spektrli əlaqələr nəzərdə tutulur.
Cənubi Kaliforniya Universiteti ABŞ-ın aparıcı və nüfuzlu ali məktəblərindən biridir. Bu tədris ocağının mühəndislik fakültəsi isə sahə üzrə ən peşəkar kadr hazırlığı mərkəzi kimi tanınır.

535