“Viza rejiminin sadələşdirilməsi tək “Eurovision”a aid deyil...”
Azərbaycanda viza rejiminin sadələşdirilməsi prosesinə iyunun 1-dən start verilməsi nəzərdə tutulsa da, bu proses texniki baxımdan yubanır. Bunu Lent.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanov Azərbaycanda deyib. O bildirib ki, viza rejiminin sadələşdirilməsi prosesi geciksə də, dövlət tərəfindən nəzərdə tutulan bu məsələ artıq tam olaraq hazırdır və çox yüksək səviyyədə həyata keçiriləcək.
M. Qəhrəmanov qeyd edib ki, viza rejiminin sadələşdirilməsi tək “Eurovision”a gələn turistlər üçün deyil, bütün qonaqlara aiddir: “Belə ola bilməz ki, bu müsabiqəyə gələn qonaqlar ayrı qapıdan, digər insanlar isə ayrı qapıdan keçsinlər. Azərbaycan hər zaman qonaqpərvərliyi ilə seçilib və bu davamlı olacaq. Yaxın vaxtlarda bu prosesə artıq başlanılacaq və ölkəmizə təşrif buyuracaq insanlar bizim necə insansevər olduğumuzun şahidi olacaqlar. Bu hal Azərbaycana gələn turistlərin sayının artımına da müsbət təsir edəcək”.
Turizm şöbəsinin müavini onu da vurğulayıb ki, Azərbaycana gələn turistlərin daha yüksək səviyyədə qarşılanması üçün onların qarşısına peşəkar və hazırlıqlı işçilər çıxarılacaq və bunun üçün silsilə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbirlər planının hazırlandığını bildirən nazirlik rəsmisi, həmin tədbirlər planının müvafiq nazirliklərlə razılaşdırıldığını da diqqətə çatdırıb: “Bu tədbirlər planının təsdiqi üçün bəzi texniki prosedurlar mövcuddur və bu da yaxın vaxtlarda həllini tapacaq”.
Xəyalə Muradlı

436