BDU-da Rus Mərkəzinin seminarı keçirilib
31 may 2011 18:24 (UTC +04:00)

BDU-da Rus Mərkəzinin seminarı keçirilib

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, seminarda BDU və Bakı Slavyan Universitetinin müəllim, tələbələri, Azərbaycan Texniki Universitetinin rus dili kafedrasının nümayəndələri iştirak edib.

“Rus Mərkəzi”nin rəhbəri, dosent Fikrət Rzayev Mərkəzin fəaliyyəti barədə seminar iştirakçılarına məlumat verib. Daha sonra professor Tatyana Savçenko “Müasir rus ədəbiyyatında yeni adlar və hadisələr”, dosent Alla Konstantinova “Müasir rus dilində gerçək proseslər”, professor Elxan Əzimov “Rus dilinin xarici dil kimi öyrədilməsində yeni üsullar və texnologiyalar” adlı məruzələrlə çıxış ediblər.


Tədbirdə rus dilində baş verən dəyişikliklər barədə diskussiya aparılıb, böyük rus şairlərinin şeirləri səsləndirilib, suallar cavablandırılıb. Moskvalı qonaqlar, həmçinin, dilçilik, klassik və müasir rus ədəbiyyatı, həmçinin humanitar və təbiət elmləri fakültələrinin rus dili kafedralarında ustad dərsləri keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421

Oxşar yazılar