Kürdə su azalır
31 may 2011 17:29 (UTC +04:00)

Kürdə su azalır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Şəki-Zaqatala bölgəsi çaylarında sululuq ongünlük normanın 65-100, Quba-Xaçmaz bölgəsi çaylarında 50-170, Lənkəran-Astara bölgəsi çaylarında 30-70, Kiçik Qafqaz çaylarında 80-90, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.


Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 620 m3/san, yəni ongünlük normanın 89 faizini ( 2010-cu ildə 542 m3/san olmaqla ongünlük normanın 78 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 247 m3/san, yəni ongünlük normanın 124 faizini ( 2010-cu ildə 270 m3/san olmaqla ongünlük normanın 136 faizini) təşkil edir.


Kür çayının aşağı axınında, Surra məntəqəsində son 4 gün ərzində suyun səviyyəsi 83, Şirvanda 63, Bankədə 36, Salyanda 24, Araz çayının Novruzlu məntəqəsində isə 84 sm azalıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 699 sm (2010-cu il mayın 31-də səviyyə 865 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 589 sm (2010-cu il mayın 31-də səviyyə 760 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Salyanda 556 sm (2010-cu il mayın 31-də səviyyə 748 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Bankədə 357 sm, (2010-cu il mayın 31-də səviyyə 433 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Araz çayının Novruzlu məntəqəsində isə 408 sm, (2010-cu il mayın 31-də səviyyə 631 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar