Şeytan əməli, tədrici intihar, nəfəslə alınan ölüm - ARAŞDIRMA
Bu məsələ başı siyasətə və şou-biznesə qarışan televiziya və mətbuatın diqqət xaricindədir. Media siqaretdən qazanılmış xəstəliklərin müalicəsini həyata keçirən tibb mərkəzlərinin və dərman preparatlarının reklamından daha çox qazanır. Bu pullar qazanılan müddətdə isə cəmiyyət xeyli sağlam üzvünü itirir...
“Şeytan əməli”nin qısa tarixçəsi
Hər il milyonlarla can və milyardlarla vəsait itgisinə səbəb olan siqaret tütün və kağızın, o cümlədən kağızı yapışdırmaq üçün istifadə edilən “poli vinül asetat” adlı yapışqan və “sellüloza asetat” əsaslı bir filtrin birləşməsindən yaranır.
Texnologiyanın sürətlə inkişafı və hər gün yeni bir şeylər kəşf olunan dünyada siqaret istehsalında da irəliləyişlər edilir. Son illərdə tütünün tərkibindəki nikotinin miqdarını artırmaq, daha “yaxşı” siqaretlər istehsal etmək, cürbəcür dadlar əldə etmək üçün dünya ölkələri bir-biri ilə yarışa girib. Bəzi məlumatlara görə, son vaxtlar siqaretin tərkibinə müxtəlif qatqılar - kimyəvi maddələr qataraq insanın ondan asılılığını maksimum həddə çatdırırlar.
Müasir siqaretlərin əcdadı Avropada 1492-ci ildə peyda olub. 1492-ci ildə Kolumbun bu qitəni kəşf etməsindən sora bəşəriyyəti girdabına salan bu məlum bəla ortaya çıxdı. Kobud formada bükülmüş siqareti ilk dəfə səyahətdən qayıdan dənizçilərdən biri çəkdi. Onu “şeytana təslim olmuş” adı ilə ömürlük həbsə məhkum etdilər.
Siqaret qabaqlar tütün yarpağına, daha sonra da incə kağıza sarılaraq istifadə edilib. İlk siqaret fabriki 1830-cu ildə İspaniyada, 1845-ci ildə Fransada qurulub. İngilislər siqareti ilk dəfə Krım Döyüşündə (1853-1856) Osmanlı əsgərlərində görüblər.
1965-ci ilə qədər siqaret istehlakı yüksəliş meyli göstərdi, amma insanlar onun zərərləri haqqında məlumatlandıqca istehlak tədricən azaldı. Amma bu azalma qısa bir müddət sonra siqaret istehlakının sürətli yüksəlişi ilə əvəzləndi. Hazırda bütün dünyada bu bəlaya təlabat böyükdür. İnkişaf etməkdə olan ölkələrdə siqaret istehlakı günü-gündən artır.
Tüstülü “SOS” statistikası
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən əsrdə 100 milyon insan bu zərərli vərdişin qurbanı olub. Dünyada ən çox siqaretdən istifadə olunan ölkələr arasında Çin, Hindistan, İndoneziya, Braziliya, Banqladeş, Almaniya və Türkiyənin adı çəkilir. Dünya üzrə hər 5 saniyədə 1 nəfər siqaretdən yaranan xəstəlikdən ölür.
Bu gün dünyada hər 4 nəfərdən biri, başqa sözlə, 1,7 milyarda yaxın insan siqaret çəkir. ÜST-ün verdiyi məlumata görə, hər il tütün məmulatlarından istifadə 5,4 milyona yaxın insanın həyatına son qoyur. 2020-ci ildə isə, bu rəqəmin 2 dəfə artacağı gözlənilir. XXI əsrdə 1 milyard insanın tütündən öləcəyi gözlənilir.
Dünyada ən çox siqaret istehsal edən ölkə, kişilərin 60%-inin, qadınların isə 8%-inin siqaret çəkdiyi Çindir. Bu ölkədə 400 milyona yaxın siqaret çəkən yaşayır. Bununla bağlı hər il Çində 750 000 insan siqaretin səbəb olduğu xəstəliklərdən həyatını itirir. Birləşmiş Ştatlarda 46 milyona yaxın adam siqaret çəkir. Ötən il Amerikada siqaret çəkmək nəitcəsində yaranmış xəstəliklərdən təxminən yarım milyon adamın öldüyü bildirilir.
ÜST-ün hesablamalarına görə, narkotik və siqaretdən istifadədən ölüm hadisələrinin sayı 3-cü yerdə qərarlaşır. Azərbaycanda siqaretin yaratdığı xəstəliklərdən ölənlərin sayı haqda dəqiq məlumatlar olmasa da, güman etmək olar ki, minlərlə vətəndaşımız məhz bu zərərli vərdişdən dünyasını dəyişir.
Azərbaycan ən çox siqaret istehlak edən ölkələrdəndir
Statistik məlumatlar Azərbaycan əhalisinin siqaret çəkməkdə heç də digər ölkələrdən geri qalmadığını göstərir. Dəqiq statistika olmasa da, təxmini heablamalara görə, ölkə əhalisinin hər 3 nəfərindən 1-i siqaret çəkən hesab olunur. Başqa sözlə, Azərbaycanda 3 milyona yaxın siqaret çəkən olduğu təxmin edilir ki, bu da dünyada ən yüksək göstəricilərdəndir.
ÜST-ün hazırladığı son siyahıda Azərbaycan siqaret çəkən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə dünya ölkələri arasında 22-ci yeri tutur. Bu rəqəm o qədər də qorxulu görünməyə bilər. Amma nəzərə alanda ki, bu gün ölkə əhalisinin 3 milyon nəfəri siqaret çəkir, problemin ağırlığı məlum olar.
Hazırda təxmini hesablamalara görə, hər gün 2 nəfər siqaret çəkənin ağciyər, ağız nahiyəsi vərəminə tutulduğu, 1 nəfərin də "tüstü"dən öldüyü Azərbaycanda isə siqaret çəkənlərin sayı azalmır. Bu sıraya daxil olanların əksəriyyətini isə yeniyetmə və gənclər təşkil edir.
Təəssüfedici haldır ki, bu gün siqaret çəkənlərin 10 faizini qadınlar təşkil edir. Araşdırmalar sübut edib ki, qadınların 42 faizi bunu dəb xatirinə, 84 faizi tənhalıqdan çan qurtarmaq üçün, 12 faiz isə digər səbəblərdən edirlər. Siqaret çəkən qadınlarda isə ən çox uşaqlıq yolu xərçənginin baş qaldırması müşahidə olunur.
“Gallup” sorğu xidmətinin araşdırmalarına görə, Azərbaycan ən çox siqaret çəkilən ölkələr arasında birinci yeri tutan Kubadan cəmi 4 faiz geridədir. Sorğu onu da göstərir ki, dünyada ən çox siqaret keçmiş sovet respublikalarında çəkilir. Dünyanın onlarla dövlətində yeniyetmələr arasında keçirilən sorğuda kubalıların 40 faizinin siqaret çəkdiyi müəyyənləşdirilib. Rusiya, Belarus, Küveyt, Çili və Banqladeşdə siqaret çəkənlər əhalinin 37 faizini təşkil edir. Bu göstərici Estoniya, Latviya, Azərbaycan və İndoneziyada 36 faizdir.
İnsanlar niyə siqaret çəkirlər?
Psixoloq Zakir Aslanovun dediyinə görə, kişilər həmcinslərindən fərqənməmək kimi psixodavranış motivinə malikdir: "Azərbaycanda yetkinlik yaşına çatan, kişi cinsinə mənsub olan hər 100 nəfərdən 63-ü siqaret çəkir. Bu səbəbdən də siqaret yalançı psixotipə çevrilib. Hətta iş zamanı fasiləni "gedək, siqaret çəkək" və ya "perekur" adlandırılması da deyilənlərə sübutdu. Siqaretlərin çox baha olmaması da onların populyarlığını artıran amildi. Buna görə də siqaret əksər kişilər üçün əlçatan, baha başa gəlməyən həzz və ləzzət obyektidir", - Z.Aslanov deyir.
Araşdırmalara görə, siqaret çəkənlər siqaret çəkmə istəklərini çox vaxt belə açıqlayır:
- Gərgin olduğum zaman çəkirəm.
- Diqqətimi toplamaq üçün çəkirəm.
- Sıxıldığım zaman çəkirəm.
- Qəmgin olduğum zaman çəkirəm.
- Əsəbi olduğum zaman sakitləşmək üçün çəkirəm.
Mütəxəssislər deyir ki, hər bir insanın orqanizmində anadangəlmə nikotin qəbuledicilər var. Siqaret çəkən adam siqareti tərgitdikdə bu qəbuledicilər narahat olur və bir müddət müxtəlif fəsadlar yaradır. Ancaq zamanla bu qəbuledicilərin sayı azalmaya başlayır və fəsadlar da aradan qalxır.
Siqaret tüstüsü ağız yoluyla ağciyərə sorulanda nikotinin az hissəsi ağızdan və dildən qana qarışmağa başlayır. Böyük bir qisimi isə ağciyər vasitəsi ilə bronxlara hopur. Qan vasitəsi ilə beyinə qədər gedən nikotin beyinə həzz verici siqnallar verir.
Daha aydın desək, siqaret çəkəndə alınan tüstünün tərkibindəki nikotin insan beyninə yol tapır və insana yalançı həzz verir. Hər şey də elə bundan sonra başlayır. O həzzi bir daha dadmaq istəyən beyin insana “siqaret çək” əmrini verir. İnsan əmri hər yerinə yetirdiyində bədəndə asılılıq artır.
Siqaret çəkilən zaman baş verənlər
• Siqaret çəkəndə normal insanın nəbzi yüksəlir, nəfəs sürətlə alınıb-verilir. Yalnız siqaret çəkilib qurtarandan 20 dəqiqə sonra nəbz qaydaya düşür.
• Siqaret çəkiləndə pozulan qandakı oksigenin səviyyəsi yalnız 8 saatdan sonra normala dönür.
• Siqaret çəkilərkən bədənin qəbul etdiyi karbonmonoksit yalnız 24 saat sonra orqanizmi tərk edir.
• Siqaret çəkilərkən ağız dad duyğusunu itirir və yalnız 8 saatdan sonra normala dönür.
Siqareti tərgitdikdən sonra olanlar:
• 72 saat sonra nəfəs alıb- vermək siqaret çəkməzdən öncə olduğu formasına qayıdır, yəni asanlaşır.
• 2 həftə sonra bədənin enerji səviyyəsi və gücü artır.
• 12 həftə sonra qan dövranı qaydasına düşür, hərəkət zamanı yaranan yorulma və nəfəs darlığı azalır.
• 9 ay sonra ağciyər performansı 10% artır, davamlı və xırıltılı nəfəs alıb-vermələr, öskürmələr düzəlir.
• 12 ay sonra ürək xəstəliklərinə tutulma riski 50 % azalır.
• 36 ay sonra xərçəngə tutulma riski 50 % azalır.
• 5 il sonra infarkt və tənəffüs yollarıyla əlaqədar xərçənglərə tutulma riski 50 % azalır.
• 10-15 il sonra isə infarkt keçirmə ehtimalı, siqaret çəkməyənlər ilə eyni səviyyəyə enər və ağciyər xərçənginə tutulma riski siqaret çəkənlərlə müqayisədə görə yarı-yarıya azalır.
Cəmiyyət azyaşlıların siqaret çəkməsinə niyə təpki vermir?
Qeyd edək ki, Azərbaycanda Milli Məclisin qərarı ilə 21 yaşına çatmamış vətəndaşlara siqaretin satılmaması barədə qanun qəbul olunub. Lakin reallıqda bu qanunun tələblərinə riayət olunmur. Bu adi müşadələr zamanı da, ictimai təşkiatların monitorinqləri zamanı da ortaya çıxır.
“Sağlam Toplum” İctimai Birliyinin (STİB) üzvləri bir neçə ay öncə Bakı, Sumqayıt və Xırdalan şəhərlərində kiçik bir monitorinq aparıblar. STİB-in sədri, sosioloq Lalə Mehralının sözlərinə görə, hər 3 şəhərdə öncədən təlimatlandırılmış 14 yaşlı yeniyetmə kiçik dükanlardan və iri marketlərdən siqaret almağa göndərilib. 30 mağazanın heç birində satıcılar qanunun tələblərinə riayət etməyib və yeniyetməyə siqaret satıb.
Təşkilat nümayəndələri bunu satıcılara irad tutduqda və ölkə parlamenti tərəfindən qəbul olunmuş 21 yaşına çatmamış vətəndaşlara siqaretin satılmaması barədə qanunun xatırlatdıqda onlar müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışıblar. Satıcıların əksəriyyəti qeyd ediblər ki, uşaqlar siqareti adətən ataları üçün alırlar.
Birliyin monitorinqləri cəmiyyətin yaşlı təbəqəsinin də azyaşlılara və yeniyetmələrə siqaret çəkməyə görə irad tutmadıqlarını da göstərib. Sosioloq deyir ki, həmin yeniyetmə bir neçə parkda yaşlı kişilərə yaxınılaşıb siqaret yandırmaq üçün alışqan istəyib. 20-ə yaxın şəxsdən yalnız 2-i bundan imtina edib və bu yaşda siqaret çəkdiyinə görə, ona irad bldirib.
Göründüyü kimi, hər gün rastlaşdığımız siqaret çəkən azyaşlı və yeniyetmələrə cəmiyyətdən, ağsaqqallardan heç bir təpki göstərilmir ki, bu da kiçik yaşda siqaret çəkməyin adiləşməsindən xəbər verir.
STİB sədrinin fikrincə, bu problemin qarşısını təkcə inzibati metodlala almaq mümkün olmayacaq: “Burada əsas rolu maarifləndirmə və ictimai qınaq oynaya bilər. Son illərdə cəmiyyətdə böyük-kiçik münasibətləri pozulub, yeniyetmə və gənclərə daha çox sərbəstlik verilib ki, bu faktorlar da problemin kəskinləşməsində öz sözünü deyir”.
Vicdansız “tabakomanlar” və günahsız zərərçəkənlər
Siqaret tüstüsünün ziyanlarını saymaqla qurtarmaz və sadəcə siqaret çəkənlər üçün deyil, çəkməyənlər üçün də çox zərərlidir. Siqaret, ya da siqar çəkən bir insanın yanında duran insan həm yanan tütünlə, həm də siqaret çəkən insanın çölə verdiyi tüstüylə tənəffüs edir və olduqca böyük zərər görür.
Siqaret çəkənlərin çoxu bilmir ki, o öz orqanizmindən çox ətrafındakı insanlara ziyan vurur. Alimlər sübut ediblər ki, siqaret çəkən adamlarda rast gəlinən dəhşətli xəstəliklərə siqaret çəkməyən adamlarda da rast gəlinir ki, bu da onların siqaret çəkilən otaqda nəfəs alması ilə bağlıdır. Çünki, çəkilən hər siqaretin 25 %-i onu çəkənin orqanizminə hopursa, 50%-i nəfəs alınan havada qalır və tənəffüs zamanı həmin yerdə olanların ciyərlərinə yol tapır. Digər 25% isə yanıb kül olur. Hər il Amerikada siqaret çəkməyib onun təsirinə kənardan məruz qalan 3 minə yaxın adam vəfat edir.
Hər il minlərlə passiv siqaret çəkən siqaret tüstüsünün verdiyi zərərlər nəticəsində xəstələnərək, həyatını itirməkdədir. Ötən il Milli Məclisdə qapalı ictimai yerlərdə siqaret çəkməyi yasaq edən qanunun qəbul edilməsi üçün təklif irəli sürüldü. Təəssüf ki, bu təklifə dəstək verilmədi. Qanun layihəsinin müzakirəsi hər dəfə təxirə salınır.
“Qatil” analar və xəstə körpələr
Həkimlər deyir ki, əgər qadın siqaret çəkəndirsə və dünyaya uşaq gətirmək istəyirsə, bu, gələcək nəsil üçün ən ciddi problemdir. Çünki qadın siqareti tərgitsə də, onun zərərləri orqanizmi uzun aylar tərk etmir. Hamiləlik dövründə körpə ana bətnində bu təsirlərin zərərlərinə məruz qalır. Qısası, hamiləsinizsə və siqaret çəkirsinizsə, doğulmamış körpənizə də siqaret çəkdirirsiniz deməkdir.
Ginekoloq Könül Qarayeva deyir ki, siqaret çəkən anaların uşaqları siqaret çəkməyən anaların uşaqlarına görə daha zəif doğulur: “Çəkisi az, dərisi qara, olduqca zəif görünən bu uşaqların yaşama şansı da az olur. Ana olmaq çox çətin, eyni zamanda böyük məsuliyyət tələb edən işdir. Qadında mütləq cavabdehlik hissi olmalıdır. Cəmiyyətə yararlı bir övlad yetişdirməlidir. Siqaret çəkərək bu cür övlad dünyaya gətirməyiniz isə sadəcə, mümkün deyil”.
Sabunçu qəsəbəsindəki Uşaq poliklinikasının pediatrı Ülviyyə Hacıyeva ilə söhbətimizdə də maraqlı məlumatlar əldə etdik. Həkimin sözlərinə görə, dünyaya uşaq gətirən hər qadın əsl ana ola bilməz: “Qadının düşünmədən atdığı addımlar körpəsi üçün ciddi problemlər yaradır. Siqaret istehlakı zamanı alınan nikotin körpənin beynini inkişafdan saxlayır, zəkasında böyük çatışmazlıqlar yaranır. Məktəbə gedərkən bu daha çox özünü büruzə verir, siqaretin təsirinə məruz qalmış uşaq yaşıdlarından çox geri qalır”.
Hazırda cavabdeh olduğu ərazilərdə onlarla bu cür uşaqların olduğunu deyən həkimin sözlərinə görə, insanlar gördüklərindən dərs almırlar: “Qohumunda, qonşusunda bu cür əqli və fiziki zəif uşaqları görən valideynlər bunun yaranma səbəbinin siqaretdən olduğunu bilə-bilə yenə siqaret çəkirlər, bilərəkdən gələcəyin qatili olurlar, məlumatlandırdıqda, xəbərdarlıq etdikdə isə əhəmiyyət vermirlər.”
Tütünə qarşı mübarizədə xarici təcrübə
Türkiyədə milli genefondu ağır zədələnmədən qorumaq üçün siqaretə qarşı dövlət və cəmiyyət səvyyəsində mübarizə gücləndirlib. 2009-cu il tarixindən şəxsi evlər istisna olmaqla hər cür bağlı mühitdə siqaret istehlakı qadağan edilib. Bu işdə media və QHT-lər bütün gücünü səfərbər edib. Hətta tütünə qarşı müxtəlif təbii dərmanlar hazırlanıb və hökumət tərəfindən siqareti tərgintmək istəyənlərə bu dərmanların pulsuz veriləcəyi haqda açıqlama verilib.
Fransada siqaret qutularının üzərini artıq dəhşətli kadrlar “bəzəyəcək”. Tütün məhsulları istehsalçıları istifadəçilərə hər gün bu zərərli vərdişin xərçəng xəstəliyinə səbəb olduğunu məhz qutuların üzərindəki görüntülərlə xatırladacaq. Qutuların üzərindəki şəkillər siqaretin bədxassəli şişləri, dişlərə vurduğu zərəri əks etdirəcək.
Böyük Britaniyada siqaret əleyhinə yeni tədbirlər planı qəbul edilib. Həmin tədbirlər tənbəki məmulatlarının reklam məqsədi ilə mağaza vitrinlərinə çıxarılmasını qadağan edir. Həmçinin nəzərdə tutulur ki, 18 yaşından aşağı olan şəxslərin siqaret satan avtomatlardan istifadə edilməsi məhdudlaşdırılsın.
Bu ölkədə siqaret qutusunun ən azı 1/3-ü və qutunun hər iki tərəfində xəbərdarlıq yerləşdirilir. Qutunun ön tərəfində, ağ fonda, böyük hərflərlə “Siqaret çəkmək öldürür” yazısı, arxa tərəfində isə tütün məmulatlarının törətdiyi müxtəlif fəsadlar haqqında məlumat yerləşdirilir.
Avstraliyada isə qutunun ön tərəfinin ən azı 1/3-də siqaretin səbəb olduğu xəstəliklər, arxa tərəfində (qutunun 90 faizini əhatə etmək şərti ilə) isə bu xəstəliklər nəticəsində ziyan görmüş bədən orqanlarının şəkilləri yerləşdirilir. Təbii ki, bu xəstəliklər haqqında ətraflı məlumat şəkilləri müşayiət edir. Bundan başqa, siqaret çəkməyi dayandırmaq istəyənlər üçün qaynar xəttin nömrəsi qutuların üzərinə yerləşdirilir. Kanada, Avstriya və Almaniyada belə edilir.
Qeyd edək ki, dünyada qapalı yerlərdə siqaret çəkməyə ilk qadağa 1993-cü ildə ABŞ-ın Kaliforniya əyalətində qoyulub. Hazırda 62 ölkədə bağlı məkanlarda siqaret çəkilməsinə qadağa qoyulub. Hollandiya və İrlandiyada 2004, Fransada 2007, İngiltərədə 2007, Almaniyada 2008, İspaniyada 2006, Norveçdə 2004, İsveçdə 2005-ci illərdə qapalı yerlərdə siqaret çəkilməsi qadağan edilib.
Milli Məclis müvafiq qanun layihəsini müzakirə edəcək
Azərbaycanda da tütünçəkmə milli genefondumuz üçün ciddi təhlükə yaradır. Çox təəsüf ki bizdə bu problemlə mübarizə zəifdir. Müvafiq qanunun Azərbaycanda da qəbul olunmasına böyük ehtiyac duyulur. III çağırış Milli Məclisdə irəli sürülən qanun layihəsi IV çağırışa qədər və ondan sonra hələ də müzakirəyə çıxarılmayıb. Lakin sevindirici haldır ki, yaxın zamanda belə bir qanunun qəbul edilməsi üçün ciddi addımlar atılır.
Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin mayın 17-dəki iclasında hazırladığı “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihəsini Milli Məclisin müzakirəsinə çıxarılmasını təklif edib.
Deputat sənədi hazırlayarkən qonşu Türkiyə və digər dünya ölkələrinin təcrübəsini öyrənib. Qanun layihəsinə görə, əyləncə mərkəzləri, kafe, restoran, meydança, dəhlizlər, nəqliyyat vasitələri və digər ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmalıdır. Dörd nəfərdən artıq şəxsin toplaşdığı ictimai yerlərdə siqaret çəkilməsinə icazə verilməməlidir.
Lakin qeyd etməliyik ki, burada qanunloa paralel maarifləndirmə də önəmlidir. Siqareti tərgidənlərin sayını artırmaq üçün tütünün ziyanı barədə əhali arasında geniş təbliğat işi aparılmalıdır. Təcrübə göstərir ki, yalnız geniş təbliğat aparmaqla siqaretə alışanları ondan uzaqlaşdırmaq mümkündür. Siqaretin güclü vərdiş olmasına baxmayaraq, milyonlarla adam bu zərərli asılılığını tərgidə bilir. Deməli, bu işdə təbliğatın rolu böyükdür.
Mütəxəssislərin fikrincə, siqareti birdən-birə tərgitmək orqanizmdə digər xəstəliklərin baş qaldırmasına səbəb ola bilər. Ona görə də onu tərgitmək üçün müəyyən mərhələlərdən keçmək lazımdır. Bunun üçün gündə 2 ədəd siqaretdən vaz keçilməlidir. Bu təcrübəyə əməl olunsa, 1-2 aydan sonra siqareti tamamilə tərgitmək olar.
Elçin Bayramlı

2219