Göytəpədə arxeoloji qazıntılar aparılacaq
28 may 2011 03:42 (UTC +04:00)

Göytəpədə arxeoloji qazıntılar aparılacaq

İyun ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun erkən sivilizasiyaların öyrənilməsi ilə məşğul olan mütəxəssislərdən ibarət ekspedisiyası Tovuz rayonunda Yaponiyanın Tokio Universitetinin arxeoloqları ilə birlikdə Cənubi Qafqazda oturaq həyat tərzini əks etdirən qədim erkən əkinçilik mədəniyyətinə aid olan (b.e. ə. VII minilliyə) Neolit dövrü Göytəpə qədim yaşayış yerində arxeoloji qazıntı işlərini davam etdirəcək.


Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Göytəpə qədim yaşayış yerində arxeoloji işlərin davam etdirilməsi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçiriləcək.

Bu ildən etibarən arxeoloji abidədə qazıntılar konservasiya işləri ilə paralel olaraq aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar