Mətbuat Şurası Arzu Şirinovanın yubileyini və kitabının təqdimatını keçirdi
Mərasimi MŞ-nın sədri Əflatun Amaşov açıb. O, yubilyarı təbrik edib, A.Şirinovanın fəaliyyətindən söz açıb. Onun tanınmış bir nəslin nümayəndəsi olduğu deyən şura sədri A. Şirinovanın kitabından da bəhs edib. Ə. Amaşov jurnalsiti Mətbuat Şurasının xüsusi diplomu ilə təltif edib.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında insan həyatını qum saatına bənzədib: “Arzu edirəm ki, gözəl qələm sahibi olan Arzu Şirinovanın 50 illiyi qum saatının aşağı hissəsindəki azacıq dənələr kimi olsun. Yuxarıda isə hələ çoxlu qum qalsın, onun ömrü uzun olsun”.
“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, İctimai Televiziyanın departament rəhbəri Anar Yusifoğlu da A. Şirinovanın jurnalist fəaliyyətindən söz açıb, onun yazılarınnın cəsarətindən danışıblar.
“APA Group”un baş direktoru Vüsalə Mahirqızı A. Şirinovanın cəsarətli və istedadlı jurnalist olmaqla yanaşı həm də qadın kimi nümunəviliyindən söz açıb. O bildirib ki, A. Şirinova jurnalsitikada davranışı, cəsarəti ilə örnək göstərilə bilən xanım jurnalistlərdəndir. V. Mahirqızı A. Şirinovanın 30 illik jurnalist fəaliyyətinə baxmayaraq, mənzil problemi olduğunu bildirib: “Mən KİV DF rəhbərinin də bu tədbirdə iştirakından istifadə edərək gələckdə Arzu xanımın evlə bağlı müraciətinə müsbət yanaşılmasını da xahiş edirəm. Bu ona yaxşı bir yubiley hədiyyəsi olar”.
Qeyd edək ki, mərasimdə müəllifin qələm dostları, çoxsaylı jurnalistlər iştirak edib.
Qadın Jurnalistlər Birliyinin sədri Sevil Yusifova da yubilyara can sağlığı arzulayıb və onun kitabından danışıb. O, A. Şirinovanın həm də yaxşı vətəndaş olduğunu, bütün səfərlərdə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı həqiqitələri çatdırmaq istədiyini bildirib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət Təftiş Komissiyasının sədri Yeganə Mehdibəyli də yubilyarı təbrik edib, onun əqidəsinə sadiq biri olduğunu vurğulayıb.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də jurnalsitin keçdiyi həyat yolundan, onun yaradıcılığından danışıb. O, Arzu Şirinovanın illərdir ki, mətbuatda xidmət etdiyini vurğulayıb, cəsarətli yazılar müəllifi olduğunu bildirib. E. Mirzəbəyli “Cənnətin işğalı” kitabında toplanmış məqalələrin müəllifin son iki illik yaradıcılıq məhsulu olduğunu da bildirib.
Tədbirin sonunda yubilyar Mətbuat Şurasına və iştirakçılara təşəkkürünü bildirib. O, ən böyük arzusunun Azərbaycan torpaqlarının, həmçinin ata-baba yurdu olan Qubadlının işğaldan azad edilməsi olduğunu da bildirib.
Qeyd edək ki, A. Şirinovanın “Cənnətin işğalı” kitabının redaktoru və ön sözün müəllifi Elçin Mirzəbəylidir.
Ramilə Qurbanlı

700