Bu gün BDU-da 8 dekan dəyişəcək
Mayın 27-də günün sonuna kimi Bakı Dövlət Universitetdə 8 fakültəyə yeni dekan təyin olunacaq. Bu barədə jurnalistlərə açıqlamasında BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov deyib.
Rektor bu fakültələrin bəzilərinin adlarını da açıqlayıb. “Universitetin hüquq, beynəlxalq hüquq, fizika, sosioloji elmlər və psixologiya, riyaziyyat, kimya fakültələrinə yeni dekanlar rəhbərlik edəcək” - deyə, A.Məhərrəmov vurğulayıb. O, BDU-nun 5 prorektorunun vəzifədən çıxarılmasına müxtəlif rənglər verilməsinin əleyhinə çıxıb. Onun sözlərinə görə, bu yerdəyişmələr kadr islahatları çərçivəsində həyata keçirilib. “Onların hər biri unversitetdə müvafiq işlə təmin olunublar”-deyə o, əlavə edib.
Millət vəkili yaş məhdudiyyəti ilə bağlı qəbul edilən qanuna da iradlarını bildirib. Onun sözlərinə görə, ali məktəb müəllimləri üçün nəzərdə tutulan yaş kvotası gələcəkdə dəyişdirilə bilər. “Əgər bu kvota saxlansa, o zaman Bakı Dövlət Universitetinin professor heyətinin 50 faizdən çoxuna aid edilməldir. Bu isə ciddi problemlər yaradacaq” - deyə A.Məhərrəmov bildirib.
Mübariz Aslanov

Oxşar yazılar

Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03