Əflatun Amaşov: “Əfvin jurnalistlərə də şamil edilməsi müsbət haldır”
Konkret Eynulla Fətullayevə gəldikdə, Azərbaycan Mətbuat Şurası məsələni daim diqqətdə saxlayıb. Şura onun azadlığa çıxmasına yönələn təşəbbüslər qaldırıb, ölkə rəhbərliyinə müraciətlər ünvanlayıb. Müxtəlif beynəlxalq qurumların nümayəndələri ilə görüşlərimizdə də məsələ müzakirə olunub. Bu gün o, azadlıqdadır. Əlbəttə, bundan ən böyük sevinci yaşayanlar Eynullanın valideynləridir. Mən ilk növbədə onları təbrik edirəm”.
Bu açıqlamanı APA-ya Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist Eynulla Fətullayevin ölkə prezidentinin əfv sərəncamı ilə azadlığa çıxmasına münasibət bildirərkən deyib.
Ə. Amaşov Eynulla Fətullayevlə bağlı məsələnin ölkənin media ictimaiyyətinin də daim diqqət mərkəzində olduğunu vurğulayıb: “Mətbuat Şurası məsələni diqqətdə saxlayarkən media ictimaiyyətinin həssas münasibətini əsas götürüb. Təəssüf ki, son zamanlar müəyyən dairələrin onu siyasiləşdirmək istəkləri var idi. Əslində bu, məsələyə tam olaraq media müstəvisində yanaşmanı çətinləşdirirdi. Hər halda Eynulla jurnalistdir və Mətbuat Şurasının mövqeyi belə idi ki, jurnalist nədə mühakimə olunmağından asılı olmayaraq, həbsində yaradıcılığı ilə bağlı motivlərin üstünlük təşkil etməsinə dair ehtimallar varsa, onun azadlığa çıxmasına dəstək göstərmək lazımdır. Bu, həm də ölkənin beynəlxalq imici baxımdan vacib məsələdir”.

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09