“Azərbaycanda demokratiya ənənələri: vətəndaş cəmiyyətin formallaşdırılmasında medianın rolu” mövzusunda konfrans keçirilib - FOTO
Azərbaycan Respublikası prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 26- Nizami rayon İcra Hakimiyyətində “Azərbaycanda demokratiya ənənələri : vətəndaş cəmiyyətin formallaşdırılmasında medianın rolu” mövzusunda geniş konfrans keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Nizami rayon İcra hakimiyyətinin başçısı Tahir Budaqov , millət vəkilləri Rasim Musabəyov və Sədaqət Vəliyeva, 20-dək media rəhbəri , Nizami rayon ziyalıları, gənclər və tələbələr iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları Heydər Əliyevin büstü önünə gül dəstələrini qoyublar. Konfransı giriş sözü ilə açan Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov qonaqları salamlayaraq konfransın mahiyyəti və vacibliyi haqqında söz açıb. Çıxışının sonunda başçı tədbirdə iştirak edən qonaqları qarşıdan gələn 28 may Müstəqillik günü münasibətilə təbrik etdi.
Sonra isə söz Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verilib. V.Səfərli öz çıxışında Azərbaycan mətbuatına son illər göstərilən dövlət dəstəyinin artırılması, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, qəzetlərin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımlardan söz açıb. Tədbirin mahiyyəti və vacibliyi haqda ətraflı məlumat verən Vüqar Səfərli konfransın dialoq şəklində davam etrdirilməsini təklif edib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov öz çıxışında Azərbaycanda demokratiyanın yaranma tarixindən və onun inkişaf meyllərindən, həmçinin milli mətbuatımızın tarixi inkişaf yolundan bəhs edib. Tədbirdə iştirak edən millət vəkilləri Rasim Musabəyov və Sədaqət Vəliyeva da çıxış edərək belə görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Bundan sonra dialoq şəklində davam edən konfransda media rəhbərlərindən “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Olaylar” İnformasiya Agentliyinin direktoru Yunus Oğuz, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov, “APA” İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızı, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Respublika” qəzetinin baş redaktorun müavini Hümmət Musayev, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas rayon ictimaiyyətini və gəncləri maraqlandıran suallarını cavablandırıblar.

793