Təhsil Nazirliyi və QHT-lər arasında müqavilə imzalanıb
Bu gün Təhsil Nazirliyi ilə qeyri-hökumət təşkilatları arasında 2011-2012-ci tədris ilində ümumi təhsil müəssisələrinin I siniflərində dərs deyəcək ibtidai sinif müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkilinə dair müqavilələrin imzalanma mərasimi keçirilib. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təhsil naziri Misir Mərdanov deyib ki, ibtidai təhsilin keyfiyyətini yüksəltmək üçün ilk növbədə fənn kurikulumu, təlim strategiyaları və yeni qiymətləndirmə mexanizmlərinin tətbiqini həyata keçirəcək müəllimlərinin pedaqoji-metodiki bacarıqlarını, fənn üzrə biliklərini artırmaq, yeniləşdirmək lazımdır.
Son üç il ərzində bu istiqamətdə müəyyən qədər təcrübə əldə edildiyini söyləyən nazir ötən ildən etibarən ibtidai sinif müəllimləri üçün təlimlərin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində yeni ixtisasartırma modeli əsasında aparıldığını nəzərə çatdırıb. İbtidai sinif müəllimləri üçün təlim kurslarını aparacaq qeyri-hökumət təşkilatlarının tender vasitəsi ilə müəyyənləşdirildiyinə diqqət çəkən Misir Mərdanov müvafiq seçimlərdə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” elmi mərkəzi, Azad Müəllimlər Birliyi, “Yaşlıların təhsili assosiasiyası” İctimai Birliyi, “Təhsilin humanistləşdirilməsi” İctimai Birliyinin qalib gəldiyini söyləyib.
Bu il 9 iqtisadi zona üzrə 86 təlim mərkəzində 164 təlimçi tərəfindən 9670 ibtidai sinif müəlliminə təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirən təhsil naziri müvafiq sahədə səmərəliliyi artırmaq üçün bir sıra təkliflərini nəzərə çatdırıb və kurslarda iştirak edən müəllimlərə veriləcək sertifikatların dərəcələr üzrə bölünməsinin əhəmiyyətinə toxunub. Təlim kurslarının yekununda ibtidai sinif müəllimlərinin qiymətləndirilməsi məsələsindən söz açan Misir Mərdanov Təhsil Nazirliyinin müvafiq sahə üzrə çalışan mütəxəssislərinin də bu işə cəlb olunmasını zəruri sayıb.
Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi üçün Təhsil Problemləri İnstitutu, Valideyn-Müəllim Assosiasiyası, kütləvi informasiya vasitələri və digər qurumların nümayəndələrinin bu prosesə cəlb edilməsini vacib hesab edən təhsil naziri 2011-2012-ci tədris ilində yeni işə qəbul olunacaq ibtidai sinif müəllimlərinin də müvafiq təlimlərdən keçməsini zəruri sayıb. Bu ilin iyun-avqust aylarında keçiriləcək 10 günlük təlim kurslarının tədris planı və proqramının təsdiq edildiyini nəzərə çatdıran Misir Mərdanov təlimlərin yerlərdə təşkil olunmasını xüsusilə yüksək dəyərləndirib, növbəti illərdə müvafiq kurslara cəlb olunacaq müəllimlərin sayının və əhatə dairəsinin daha da genişlənəcəyini bildirib.
Daha sonra çıxış edənlər layihənin əhəmiyyətindən söz açıb, müəllimlərin təlimlərə cəlb olunması və uğurlu nəticələrin alınması baxımından bir sıra təkliflərini söyləyiblər. Sonda Təhsil Nazirliyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” elmi mərkəzi, Azad Müəllimlər Birliyi, “Yaşlıların təhsili assosiasiyası” İctimai Birliyi, “Təhsilin humanistləşdirilməsi” İctimai Birliyi arasında 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili üzrə müqavilələr imzalanıb.

983