AMEA Tarix İnstitutunun www.istoriya.az saytı istifadəyə verilib
26 may 2011 19:12 (UTC +04:00)

AMEA Tarix İnstitutunun www.istoriya.az saytı istifadəyə verilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun “www.istoriya.az” saytı istifadəyə verilib.
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək saytda xəbərlər, nəşrlər, simpozium və konfranslar, institut haqqında ümumi məlumat, strukturu, rəhbərlik, tarixi şəxsiyyətlər, dövlət rəmzləri, xəritələr, abidələr, Dağlıq Qarabağ münaqişəsi, soyqırım, Azərbaycan tarixi, Azərbaycanın diplomatiya tarixi, fotoqaleriya və s. bölmələr üzrə ətraflı məlumat əldə etmək mümkündür.
Qeyd edək ki, Azərbaycanın qədim xəritələri, Tarix İnstitutunun çap etdirdiyi 80-ə qədər ədəbiyyat da sayta daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103

Oxşar yazılar