PFL-in keçirdiyi lotereyanın dayandırılması barədə göstəriş verilib
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununa və öz Əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini həyata keçirir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, aparılmış nəzarət tədbirləri nəticəsində Peşəkar Futbol Liqası tərəfindən 24 may saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən NBC Bank Azərbaycan kubokunun final oyununda lotereyanın keçirilməsinin planlaşdırıldığı aşkar edilib.
Belə bir lotereyanın keçirilməsinin Azərbaycan Respublikasının lotereyalar haqqında qanunvericiliyinə zidd olduğunu nəzərə alaraq, QKDK tərəfindən Peşəkar Futbol Liqasından həmin lotereyanın dayandırılması tələb olunub.
QKDK Peşəkar Futbol Liqası tərəfindən keçirilməsi nəzərdə tutulan bu lotereyanın qeyri-qanuni olduğunu bildirib və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edib.

438