Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Kürün aşağı axarında suyun səviyyəsi artıb
26 may 2011 13:35 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Kürün aşağı axarında suyun səviyyəsi artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 21-25 may 2011-ci il tarixlərində Respublikanın əksər ərazilərinə yağan leysan xarakterli yağışlar nəticəsində Kürə tökülən çaylarda sululuq artıb və nəticədə Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb.


24-25 may tarixlərində Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 36, Surrada 54, Şirvanda 30, Salyanda 18, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində isə 53 sm artıb. Hazırda Kür çayının aşağı axınında müşahidə olunan səviyyələr keçən illə müqayisədə xeyli aşağıdır. Mayın 25-də müşahidə olunan hazırki səviyyələr 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə Zərdab məntəqəsində 143, Surrada 163, Şirvanda 155, Bankədə 100, Araz çayının Novruzlu məntəqəsində isə 208 sm aşağıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar