“Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının toplantısı olub
26 may 2011 13:14 (UTC +04:00)

“Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının toplantısı olub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası məqsədilə “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının toplantısı keçirilib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, tədbirdə Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin və qeyd olunan proqramların icraçıları olan dövlət qurumlarının nümayəndələri iştirak edib.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov 2010-cu ildə qəbul edilmiş “Elektron Azərbaycan” Dövlət Proqramının və "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramının icrasının davam etdirildiyini bildirib. Həmçinin dövlət orqanlarında lisenziyalaşdırılmış kompyuter proqramlarının tətbiqi məsələlərinə hökumət tərəfindən diqqət yetirildiyini qeyd edib və bunun dövlət orqanlarında informasiya təhlükəsizliyinin yüksəldilməsinə səbəb olacağını söyləyib.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə görülən işlərin hazırda “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrasına şərait yaratdığını bildirib. Fərmana uyğun olaraq dövlət orqanları arasında informasiya mübadiləsinin təmin edilməsi, elektron xidmətlərin göstərilməsinin təşkili və onların “bir pəncərə” prinsipi əsasında “Elektron hökumət” portalında cəmləşdirilməsi üçün görüləcək işlərlə bağlı təqdimatla çıxış edib.

Daha sonra dövlət qurumlarının nümayəndələri gündəlikdəki məsələlər üzrə, xüsusən də yenicə qəbul olunmuş Fərmanın icrasının təmin edilməsi ilə bağlı fəal müzakirələr aparıblar. Fərmanın ölkənin bütün dövlət orqanları, o cümlədən Naxçıvan Muxtar Respublikasının dövlət orqanları tərəfindən həyata keçirilməsi üçün RİTN əlaqəli fəaliyyəti təşkil edəcək.

İclasın sonunda “E-Azərbaycan” Dövlət Proqramı və “E-Hökumət” Fəaliyyət Proqramında nəzərdə tutulmuş tədbirlərin davam etdirilməsi və Fərmanın icrasının təmin edilməsi məqsədilə görüləcək işlər barədə ətraflı təkliflərin hazırlanıb RİTN-ə və onların ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim edilməsi, dövlət qurumlarında lisenziyalı proqram təminatının tətbiqi, təkliflərin hazırlanması ilə bağlı qərarlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1398

Oxşar yazılar