DSK-nin qiymətləri hesablama metodologiyası
26 may 2011 12:08 (UTC +04:00)

DSK-nin qiymətləri hesablama metodologiyası

Lent.az-ın məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev bildirib. A.Vəliyevin sözlərinə görə, əvvəllər DSK-nin qiymətlərin hesablanması metodologiyası ilə bağlı bir sıra çatışmazlıqlarının olduğu iddia edilib: “ BVF-nin qiymətləndirmə missiyası komitənin istifadə etdiyi metodologiyaları 22 bənd üzrə qiymətləndirib və bu qiymətləndirmədə 19 bənd üzrə “beş”, 3 bənd üzrə isə bir bal aşağı, yəni “dörd” qiymət alıb. Ümumiyyətlə, komitənin metodologiyası bəyənildi”.


A.Vəliyev qeyd edib ki, qiymətlərin bəzi regionlarda fərqli olmasını düzgün başa düşmək lazımdır: “Tutaq ki, Gədəbəydə kartofun qiyməti 50 qəpik, Bakıda isə 1 manat 50 qəpikdir. Biz kartofun qiymətini hesablayarkən orta qiyməti hesablayırıq, yəni hər iki qiyməti toplayıb yarı bölürük. Belədə kartofun orta qiyməti 1 manat kimi göstərilir. Bu göstəricini görən Gədəbəy sakini kartofu 50 qəpiyə aldığı üçün, Bakı sakini də 1 manat 50 qəpiyə aldığı üçün təəccüblənir”.

Ramiz MİKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar