TQDK SMS məlumatlandırma xidmətini istifadəyə verdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlar sayəsində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik edir.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mobil texnologiyaların imkanlarından istifadə edən TQDK yeni bir xidməti – SMS Məlumatlandırma xidmətini istifadəyə verir.
Artıq istənilən “Bakcell” abunəçisi TQDK-nın yenilikləri barədə məlumatları mobil telefonları vasitəsilə əldə edə biləcəklər. Məlumatlandırma xidməti vasitəsi ilə sınaq imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə, magistratura səviyyəsinə qəbulla bağlı bütün məlumatları mobil telefon vasitəsilə öyrənmək mümkün olacaq.
Bu xidmətdən yararlanmaq üçün sadəcə müvafiq açar sözlərin baş hərflərini - A (abituriyent), B (bakalavr), S (sınaq) və ya O (orta ixtisas) yazıb 82002-yə göndərmək kifayətdir. Abunə olmaq istəyən şəxs 4 məlumat blokundan hər hansı birinə, yaxud hamısına abunə ola bilər. Hər blok üçün 1 aylıq abunə haqqı 53 qəpikdir.

749