ADU-nun 10 tələbəsi Norveçə gedəcək - FOTO
Lent.az-ın məlumatına görə, görüşdə ADU-nun Norveç universitetləri ilə əlaqələri, xüsusən Norveçin Oslo Universiteti ilə Dillər Universiteti arasında olan mövcud əməkdaşlıq və bu əməkdaşlığın gələcək inkişafı haqda fikir mübadiləsi aparılıb. ADU ilə Oslo Universiteti arasında əlaqələrin getdikcə daha da artdığını deyən rektor Səməd Seyidov bunun digər universitetlərə nümunə ola biləcəyini deyib. İndiyədək Oslo Universiteti ilə bir sıra layihələrin həyata keçirildiyini deyən Səməd Seyidov bildirib ki, gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək çox əhəmiyyətlidir: “Norveçlə əlaqələrimiz çox vacib layihədir və bu layihənin davamlılığı hər iki tərəf üçün məqsədə uyğundur. Biz bu əməkdaşlıq nəticəsində çox iş görmüşük. Oslo Universiteti ilə ADU arasındakı əməkdaşlıq buna misaldır”.
Erlinq Skjonsberq layihənin davamlılığını dəstəklədiklərini söyləyib. Bundan öncə Təhsil Nazirliyində görüş keçirdiklərini deyən səfir nazirliyin də bu layihəyə böyük əhəmiyyət və dəstək verdiyini bildirib. Səfir həmçinin, tələbə-müəllim mübadiləsinin vacibliyini vurğulayıb.
ADU-nun tərcümə fakültəsində tətbiq olunan yeniliklər, aparılan islahatlar, Esseks Universiteti ilə ADU arasında əməkdaşlıqdan danışan Səməd Seyidov Norveç universitetləri ilə layihələrin bu istiqamətdə görülən böyük işlərdən biri olduğunu qeyd edib.
Görüşdə, eyni zamanda, bu ilin oktyabrında ADU-da keçirilməsi planlaşdırılan və Norveç - ADU əməkdaşlığına xidmət edəcək beynəlxalq konfrans - Tur Heyerdala həsr olunmuş konfrans haqda da fikir mübadiləsi aparılıb. Konfrans ADU və Oslo Universiteti tərəfindən təşkil ediləcək. Konfransın keçirilməsinin məqsədi Tur Heyerdalın nəzəriyyələrini müzakirə etməkdən ötrü müxtəlif ekspertiza sahələrindən olan alimləri bir araya gətirməkdir. Azərbaycan, Norveç və digər ölkələrdən olan alimlər konfransa dəvət olunacaq. Konfrans 2 əsas hissədə olacaq: akademik müzakirə və məruzələr. Konfrans zamanı tərəflər sərgi təşkil edəcək və xarici qonaqlar Heyerdalın öz tədqiqatlarında adını dəfələrlə çəkərək istinad etdiyi Qobustana ekskursiya edəcəklər. Bununla yanaşı, konfransda olan təqdimatlardan ibarət kitab çap olunması da planlaşdırılır.
Onu da qeyd edək ki, ADU ilə Oslo Universiteti arasında olan əməkdaşlıq çərçivəsində bu il iyun ayının 24-dən avqustun 5-dək ADU-nun Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 10 tələbəsi Oslo Universitetində Beynəlxalq yay məktəbində olacaqlar. Onları ADU-nun 2 müəllimi də müşayiət edəcək. 12 nəfər nümayəndə heyəti iyunda Norveçə yola düşəcək.

550