Şagird və tələbələrimiz tətildə pul qazana biləcəklər
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi «İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram»ın təsdiq edilməsi barədə qərarda bildirilir.
Proqramın tədbirlər planında bildirilir ki, tətil günlərində gəlir əldə etmək istəyən gənclər haqqı ödənilən ictimai və mövsümi işlər barədə məlumatlandırılacaq və bu işlər təşkil ediləcək. Bu məsələlər Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinə həvalə olunub.
ƏƏSMN-in Məşğulluq xidmətinin rəis müavini Şahbaz Xələfovun sözlərinə görə, söhbət 15 yaşından yuxarı gənclərin işləməsindən gedir: «Bunlar əsasən ali və ya texniki peşə məktəblərinin tələbələri, eləcə də orta məktəbin yuxarı sinif şagirdləri ola bilər». Bu işlərə restoranlarda ofisiant, çimərliklərdə gözətçi, daşıma və çatdırılma işləri (kuryer) və s. aiddir.
Qeyd edək ki, inkişaf etmiş ölkələrdə gənclərin ictimai və mövsümi işlərdə çalışması geniş yayılıb. Məsələn, Birləşmiş Ştatlarda əhalinin böyük əksəriyyəti iqtisadi vəziyyətindən asılı olmayaraq, tələbəlik dövründə ofisiant işləyib.
Tədbirlər planında nəzərdə tutulan digər maraqlı tədbirlərdən biri valideyn himayəsindən məhrum olmuş və yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan şəxslərin sosial müdafiəsi və məşğulluğu ilə bağlıdır. Plana əsasən həmin şəxslərin ilk peşə-ixtisas təhsili müəssisələrində ödənişsiz təhsil alması və işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Bu işlə Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları məşğul olmalıdır.

494