Nitqi qüsurlu uşaqların rəsm sərgisi keçirilir
Lent.az-ın məlumatına görə, rəsm sərgisi cəmiyyətdə özünü təsdiq etməkdə çətinlik çəkən uşaqların yaradıcılıq potensialının inkişafının nəticələrini sərgilməmək üçün təşkil edilir.
Sərgidə E.Mirzəyev adına nitq qüsurlu uşaqlar üçün Respublika xüsusi internat məktəbinin istedadlı uşaqları öz əsərlərini sərgiləyəcək. Sərgidə 7 gənc rəssamın: Əhmədov Orxan, Sadıqov Soltan, Ələkbərov Elmin, İbrahimova Lamiyyə, Qədimova Flora, Kazımov Kamran, Məhəmməd Əlinin 40-a yaxın əsəri nümayiş etdiriləcək.
Tədbirdə, dövlət nümayəndələri, səfirliklər, ictimai xadimlər, ziyalılar, şirkət və QHT nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, sərgi “Park Bulvar”da keçiriləcək. Sərgidə nümayiş etdirilən rəsm əsərləri xeyriyyə məqsədi ilə satışa çıxarılacaq.

632