Mərkəzi Bank “Netty” müsabiqəsinin “İlin ən yaxşı Dövlət səhifəsi” nominasiyası üzrə qalib elan olunub
25 may 2011 14:31 (UTC +04:00)

Mərkəzi Bank “Netty” müsabiqəsinin “İlin ən yaxşı Dövlət səhifəsi” nominasiyası üzrə qalib elan olunub

Mərkəzi Bankın internet səhifəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən “Netty” müsabiqəsinin “İlin ən yaxşı Dövlət səhifəsi” nominasiyası üzrə qalibi elan olunub.

Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Mərkəzi Bankın internet səhifəsi 2011-ci ildə fəaliyyəti ilə dövlət strukturları arasında “İlin ən yaxşı dövlət səhifəsi” nominasiyası üzrə 1-ci mərhələdə ictimaiyyət tərəfindən, ikinci mərhələdə isə münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb.

Müsabiqədə dövlət, elm və təhsil, mədəniyyət və incəsənət, informasiya və xəbərlər, idman, korporativ və elektron kommersiya üzrə ümumilikdə 286 internet səhifə iştirak edib. Mayın 24-də keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edənlər Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimlərini üzə çıxaran və dəyərləndirən, NETTY mükafatının milli internet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir olduğunu qeyd ediblər. Sonra qaliblərin adı açıqlanıb. Mükafatı Mərkəzi Banka Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar