“Mur Ay” şikayətçiləri BŞİH-in qarşısında aksiya keçirir
25 may 2011 13:03 (UTC +04:00)

“Mur Ay” şikayətçiləri BŞİH-in qarşısında aksiya keçirir

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, “Mur Ay” şirkəti tərəfindən dələduzluğa məruz qalmış və pulları mənimsənilmiş sakinlər BŞİH-in başçısı Hacıbala Abutalıbovla görüşmək istədiklərini bildiriblər.

“Hacıbala, Hacıbala” şüarları səsləndirən şikayətçilər Lent.az-a daha əvvəl Prezident Aparatında olduqlarını və oradan BŞİH-ə göndərildiklərini bildirdilər. Saat 11:00-dan icra başçısı ilə görüşə gəldiklərini deyən sakinlər onları hələ də heç kimin qəbul etmədiyini də dedilər.

Hazırda aksiya keçirilən əraziyə polis əməkdaşları cəmləşdirilir. Hadisə yerinə gələn polislər hələlik müşahidəçi mövqeyi tutub.

Vəli TURAN
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023

Oxşar yazılar