Amerikadan gələn həşəratlar palıdlarımıza zərər verib
25 may 2011 12:15 (UTC +04:00)

Amerikadan gələn həşəratlar palıdlarımıza zərər verib

Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisində palıd ağaclarında aşkarlanmış ziyanverici həşəratlara qarşı zəruri tədbirlərin görülməsini təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən ibarət qrup əraziyə baxış keçirib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baxış zamanı ziyanverici həşəratların Amerikadan Avropaya, oradan da Rusiya ərazisinə keçən və ildə bir dəfə nəsil verən karantin ziyanvericisi olan “Dəyişik İpəksarıyan” olduğu müəyyənləşdirilib.



Qeyd edək ki, bu ziyanvericinin tırtılları əsasən, aprel ayının 20-dən sonra yumurtadan çıxaraq, meşə sahəsinə yayılmağa başlayır. Həşəratlar ağacların gövdəsinə daraşaraq cavan yarpaqları yeməklə onları çılpaqlaşdırır və meşələrə sürətlə yayılır. Nazirliyin əməkdaşları zəruri tədbirlər həyata keçirərək, xaricdən gətirilmiş preparatlardan və çiləyici aparatlardan istifadə etməklə qısa müddət ərzində ziyanvericilərin yayıldığı ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçiriblər. Ziyanvericilərin çoxalmasının və daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.


Hazırda ərazi nəzarət altındadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 841

Oxşar yazılar