Azərbaycanda Avropa standartlarına uyğun Ünvan Reyestri qurulur
Lent.az-ın məlumatına görə, müasir informasiya texnologiyaları əsasında qurulacaq avtomatlaşdırılmış Ünvan Reyestri, idarəetmə sistemi və məlumat bazasının yaradılması ölkənin qeyri-neft sektorunda atılan mühüm addımlardan biridir.
Qeyd edək ki, Azərbaycan və Norveç hökumətləri arasında Ünvan Reyestrinin yaradılması haqqında qrant layihəsi hazırlanıb. 1.5 il ərzində Azərbaycanda Ünvan Reyestri informasiya sistemi yaradılması nəzərdə tutulub.
Bugünkü seminarda ekspertlər layihə çərçivəsində həyata keçirilən Ünvan Reyestrinin yaradılmasında Avropa təcrübəsi, Azərbaycanda Ünvan Reyestrinin mövcud vəziyyəti ilə bağlı təqdimat keçiriblər. Azərbaycanda Ünvan Reyestrinin yaradılması üçün ünvanlar haqqında mərkəzləşdirilmiş informasiya bazası yaradılacaq. Bununla, daşınmaz əmlakın idarə edilməsi, şəhər planlaşdırması daha mümkün hala gələcək. Ünvan Reyestri informasiya sistemi Azərbaycanda məlumat bazaları, axtarış sistemləri, o cümlədən əhalinin və hüquqi şəxslərin daşınmaz əmlakının reyestri ilə əlaqəli şəkildə fəaliyyət göstərəcək.
Ramiz Mikayıloğlu

521